Ana dili və Vətən haqqında şeirlər
Bəxtiyar Vahabzadə - Ana dili
Şirin dil –Ana dili
Məmməd Araz - Vətən mənə oğul desə
Abbas Səhhət –Vətənim
“İBLİS” pyesindən İblisin monoloqu
“Hamlet” əsərindən bir parça Tələt Əyyubovun tərcüməsi
29.01M
Category: literatureliterature

Ana dili və vətən haqqında şeirlər

1. Ana dili və Vətən haqqında şeirlər

Hazırladı : Mina Qənbərova

2. Bəxtiyar Vahabzadə - Ana dili

3.

4. Şirin dil –Ana dili

Şirin dil –Ana dil
Bəstəkar Emin Sabitoğlu
Söz: Bayatılar
İfaçı: Gülağa Məmmədov

5. Məmməd Araz - Vətən mənə oğul desə

Buyruqlara sığışmayan inaddım,
Çox qanadlar yorub salan qanaddım.
Ulduzlara barmaq silkib, daş atdım;
Nizamlara baş əyməzdi nizamım.
O selablar seləliyim yalanmış,
Ötən günlər çalağanmış, çalanmış.
Bircə kövrək xatirələr qalanmış,
Onu da ki, ha çevirim, ha sanım...
Qayaları haçalardı qüdrətim,
Buludları parçalardı qüdrətim
Şimşəkləri qıçalardı qüdrətim,
Yorulanda nur mizrablı ozanım.
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim
Xəzanımdır, xəzanımdır, xəzanım.

6. Abbas Səhhət –Vətənim

Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.
Südüdür ki, dolanib qanım olub,
O mənim sevgili cananım olub.
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən.
Vətənim verdi mənə nanü-nəmək
Vətəni məncə unutmaq nə demək?!
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.
Vətənin sevməyən insan olmaz,
Olsa da o şəxsdə vicdan olmaz!

7. “İBLİS” pyesindən İblisin monoloqu

8. “Hamlet” əsərindən bir parça Tələt Əyyubovun tərcüməsi

Ölümmü, qalımmı? Sual budur, bu…
Taleyin dəhşətli zərbələrinə
Müti bir qul kimi dözümmü, yoxsa
Üsyanmı qaldırım silahlanaraq?
Ya qələbə çalım, ya həlak olum?
Ölmək! Hər bir şeyi tamam unutmaq.
İnsan ürəyinin min bir dərdinin,
Min bir əzabının, intizarının,
Ağır zəncirini qırıb qurtarmaq,
O gözəl, son məqsəd bu deyilmidir?
Əbədi yuxuda yataraq qalmaq.
Ölmək ya uyumaq. Sonra da orda
Yuxularmı görmək? Bax, cavab budur.
Bu dünya mülkünün duyğularını
Ataraq, ölümün yuxusunda, ah,
İnsan nələr görür? Budur müəmma
Bizim ömrümüzü fəlakətlərdə
Uzadan müəmma, bax budur, budur.
Yoxsa hakimlərin baş vüqarına
Bütün əyyanların cahilliyinə
Hər yerdə, hər şeydə saxtakarlığa,
Ürəyin qıfılla bağlanmasına
Nakam məhəbbətə, hər bir rəzilin
Gözünün yalançı parıltısına,
Bir xəncər zərbəsi bütün bunları
Vurub yox etməyə kifayət ikən.
Kim dözərdi, de kim?
Ölümün bilinməz əsrarlarından
Gedər -gəlməz olar həmin diyardan.
Qorxu olmaseydi, həyat yükünün,
Ağırlığı altda sürükləməyə
Kim dözərdi, de kim? Bütün bunları
Düşünən beynimiz, qorxub çəkilir.
Solur bir gül kimi qətiyyətimiz.
Ağıl düşünməkdən dayanıb qalır.
Həyata keçməsi mümkün görünən
Ən böyük xəyallar, böyük arzular.
Cəsarətsizlikdən həlak olur, ah!
Bəsdir. Ah, Ofeliya! Mənim sevincim!
Dua eyləyərkən günahlarımı,
Məni də xatırlat mehriban mələk!
English     Русский Rules