Similar presentations:
Norveçdə siyasi-psixoloji ideyalar
1.
Sərbəst İş•Tələbə: Əliyev Sabir
•Müəllim: Dəmirova Ceyhunə
•Fakültə: Beynəlxalq Münasibətlər və Regionşünaslıq
•İxtisas:Yaponşünaslıq
•Qrup: 165
•Kurs: I
•Fənn:Siyasi Psixologiya
•Mövzu:Norveçdə Siyasi-psixoloji ideyalar
2.
NORVEÇDƏ SİYASİ PSİXOLOJİ İDEYALAR3.
Qro Harlem Brundtland — Norveçin ictimai-siyasi xadimi, başnaziridir. Qro Harlem 1939-cu
ildə Norveçin Berum şəhərində, əvvəl səhiyyə və sosial
məsələlər, sonra müdafiə naziri olmuş həkim Qudmund
Harlemin və “radikal sosialist”, Stokholmda dövlət
vəzifəsində çalışan ilk vəkil qadın İnqa Sandberqin ailəsində
anadan olub.
4.
Qro Harlemin böyüdüyü mühit gender bərabərliyiməsələsini onun, necə deyərlər, qanına hopdurub - qızğın
siyasi müzakirələrdə iştirak edən, maşın sürməyi öyrənmiş
ilk qadınlardan olan anası və cinsi ayrı-seçkiliyə qarşı olan
atası hələ kiçik yaşlarından Qroya kişilərlə eyni səviyyədə
uğur qazana biləcəyini aşılamışdırlar. O illər gənc qızda
“ədalətə, bərabərliyə, sağlamlığa və böyük sülhə böyük
bağlılıq yaratmışdı”.
5.
1979-cu ildəki parlament seçkilərində zəif nəticələr əldə edən İşçi Partiyası hakimiyyətdə çox sayda üzvləiştirak edə bildiyi üçün Brundtlandı partiya liderinin xeyrinə hökumətdən geri çağırırlar. Bunun ardınca o,
parlamentin maliyyə komitəsində fəaliyyət göstərir, sonra beynəlxalq məsələlər komitəsinin rəhbəri seçilir.
1981-ci il seçkilərinə bir neçə ay qalmış səhhətindəki problemlərə görə vəzifəsindən gedən baş nazir Nordli
öz yerinə ətraf mühit naziri Rolf Hansenin gəlməsini istəyir, Hansensə Brundtlandın namizədliyini irəli sürür.
Beləliklə, fevral ayında Qro Norveçin ən gənc və ilk qadın baş naziri olur. İki ay sonra İşçi Partiyasının sədri
postunu tırk edir və bu, Brundtlandın həm də partiyanın ilk qadın lideri olmasıyla nəticələnir.
6.
Hər bir insan ölkə xalqlarının mədəniyyətinə bələdolduqda onlarla sıx ünsiyyət saxlaya bilir, təmsil etdiyin
ölkəsinin mədəniyyətini, siyasətini həmin xalq üçün daha
anlaşıqlı, məqbul formada çatdırmaq imkanına malik olur.
Araşdırmalar
xalqlarının
müəyyən
elm
və
etmişdir
mədəniyyət
ki,
Skandinaviya
tarixi,
şifahi
xalq
yaradıcılığı nümunələri, ədəbi qaynaqları psixoloji fikir və
ideyalarla zəngindir. Onları sistemli şəkildə öyrənmək,
psixoloji
təhlil
etmək
məqsədəuyğundur.
və
cəmiyyətə
çatdırmaq
7.
Norveç xalqının etnopsixoloji xüsusiyyətləri uzun müddət ərzində bir qrup amillərin təsiri altındaəmələ gəlmişdir. Soyuq qış, qısa yay, rütubət və sərt küləklər “nordik xarakterinin” formalaşmasına
səbəb olmuşdur. Norveç milli ədəbiyyatında təsvir edilən “nordik insan” obrazı yavaş-yavaş müasir
norveçlinin psixoloji portretindən uzaqlaşır.
8.
Norveçi çox vaxt Avropanın zirvəsi adlandırırlar, çünki o Skandinaviyayarımadasının şimal-qərb qurtaracağında yerləşir. Norveç şimal ölkələrin
içərisində ən cavan ölkədir. XX əsrin əvvəllərinə qədər Norveç, Danimarka,
sonra isə İsveçlə bir ittifaqda olmuşdur. 1905-ci ildə Norveç öz müstəqilliyini
elan edir. Hər bir xalqın inkişafında milli özünüdərketmə hissi çox vacibdir.
Norveçlilər öz milli özünüdərketməsini gücləndirmək üçün soyköklərini
vikinqlərlə bağladılar və bütün dünyaya elan etdilər ki, Norveç sakinləri
skandinaviya ağacında tamamilə ayrıca bir budaqdırlar və onların
mədəniyyətləri və dili saqalarda təsvir olunub. Norveç sakinlərinin fikrincə
məhz onların ölkələri bütün şimalın mədəni mərkəzi olmuşdur.
9.
Norveçxalqının
milli
mədəniyyətinin
inkişafında
“şimal
elementlərinin” çox böyük rolu olmuşdur. Bu da təsadüfi deyildir,
çünki norveçlilər digər xalqlar tərəfindən şimal xalq kimi
qavranılırdı və bu cür qavrayışda ölkənin coğrafi vəziyyəti əsas
rol oynamışdır. XVIII əsrdə Avropada Şimal ölkələrinə maraq
güclənmişdir. Fransız maarifçilərinin əsərlərində norveçlilərə
xüsusi keyfiyyətlərə mənsub olan millət kimi çox böyük yer
ayrılmışdır.
Məs.,
Ş.Monteskye
öz
əsərində
yazırdı:
“...norveçlilər çox güclü sinir sisteminə malikdirlər, ağrıya qarşı
çox dözümlüdürlər. Onların xarakterinin gücü iqlimin təsiri
altında, xüsusilə sərt qışın təsiri altında formalaşıb”.
10.
Qədim dövrlərdə Şimal ölkələri sivil Avropada zülmət və soyuq ölkələri, vəhşilərlə, cadugərlərlə və qeyri-adi heyvanlarla məskunedilmiş dünyanın qurtaracağı kimi qavranılırdı. Hələ XVIII əsrin ikinci yarısında italyanlar norveçliləri eybəcər insanlar hesab
edirdilər. Lakin maarifçilik dövründə qədim skandinaviya mətnlərinin tərcüməsi nəticəsində norveçliləri hündürboylu, sağlam,
cəsarətli və qürürlu insanlar kimi tanımağa başladılar. Ş.Monteskye xüsusilə Norveç qadınlarını və onların cəmiyyətdə azad
olmalarını və bir çox hüquqlara malik olmalarını vurğulamışdır. Bu zamandan artıq şimal sakinlərinin obrazları qərbi Avropa
mədəniyyətində pozitiv, müsbət ideal məna əldə edir. XVIII əsrin Norveç mədəniyyətinin görkəmli xadimi Gerxard Şyoninq Norveç
milli mədəniyyətinin əsas elementi kimi “şimal” elementini göstərmişdir. Norveçlilər öz skandinaviya qardaşlarından fərqli mənşəli
olduqlarını vurğulayırlar. Əgər isveçlilər və danimarkalılar cənubdan gəliblərsə, norveçlilər şimaldan gəliblər (nordmenn). Norveç
identikliyinin və milli mədəniyyətinin vacib tərkib hissəsi kimi qış idman oyunları adət-ənənələrdə qeyd edilmişdir.
11.
Norveç milli özünüdərketməsinin əsasınıtəşkil edən şimal elementi XIX əsrin sonuXX əsrin əvvəllərində xüsusi əhəmiyyət
daşımağa başladı. Bu, Norveç xalqının
etnopsixoloji xüsusiyyətlərinin
formalaşması dövrü idi. Şimal və sərt qış
obrazları patriotik təbliğatlarda geniş
istifadə olunmağa başladı. Norveç milli
özünüdərketməsinin vacib tərkib
hissələrindən biri xizək idman növü
olmuşdur.
12.
ƏDƏBİYYAT SİYAHISI1. Abbasov A.M. Milli əxlaq və ailə etikası. Bakı, 2013.
2. Babayeva Ş.R. Diplomatik xidmətin psixoloji əsasları. Bakı: ADPU-2019
3. Bayramov Ə.S. Etnik psixologiya. Bakı, 2001
4. Əliyev R.İ. Etnopsixologiya: qloballaşma və millilik. Bakı, 2007 Əliyev R.İ.
Mentalitet. Bakı, 2009. 309 səh.