903.78K
Categories: geographygeography industryindustry

Horizontal Quyuların Qazılmasının Geoloji Şəraiti

1.

Tələbə : Quliyev Rauf
Müəllim : Dos Əliyeva S.Ə
İxtisas : Neft-Qaz Mühəndisliyi
Fənn: Neft qaz mədən Geologiyası
Qrup : 3.20.3
MÖVZU: Horizontal Quyuların
Qazılmasının Geoloji Şəraiti

2.

Plan
Neft yataqlarında horizontal quyular qazmaq üçün
yataqların seçilmə üsulları.
Horizontal quyuların imkanları.
Horizontal quyuların səmərəli tətbiqinin geolojimədən meyarları.

3.

Neft yataqlarında horizontal quyular
qazmaq üçün yataqların seçilmə üsulları.
Dünya neft-qazçıxarma təcrübəsindən məlumdur ki, yataqların işlənilmə
effektivliyini artırmaq üçün horizontal (üfüqi) quyuların imkanlarından geniş
istifadə edilir. Son illərdə bu üsulla qazılmış quyuların istismarı bir qayda
olaraq layihə sənədlərində də öz əksini tapır. Horizontal (üfüqi) quyular yeni
kəşf edilmiş mədənlərlə yanaşı, uzun müddət işlənilən yataqların reabilitasiyası
üçün də istifadə edilir
.
Məlum olduğu kimi, işlənilmə prosesində horizontal quyuların şaquli quyulara
nisbətən böyük üstünlüyü vardır. Odur ki, onların dəniz yataqlarının
işlənilməsində geniş tətbiq olunur. Belə quyularla bir platformadan yataq
sahəsinin böyük hissəsi işlənilmə ilə əhatə oluna bilər ki, bu da əslində quyu
şəbəkəsinin sıxlığı deməkdir.

4.

Horizontal (üfüqi) quyu məfhumu
quyu gövdəsinin mütləq horizontal
(üfüqi) olmasını nəzərdə tutmur;
yatağın neftlilik həcminin forması və
neftlədoymasından asılı olaraq onun
gövdəsi istənilən kimi
istiqamətləndirilə bilər
Qeyd etmək lazımdır ki, dəniz
akvatoriyasında yerləşən yataqların
işlənilməsində bu qazıma üsulunun
əhəmiyyəti daha böyükdür. Belə ki,
onların tətbiqi nəticəsində özüllərin
sayının azalmasına nail olunur.
Horizontal (üfüqi) quyunun
sxematik görünüşü.

5.

Horizontal quyuların imkanları
Horizontal (üfüqi) quyuların ənənəvi istifadə edilən şaquli quyulara nisbətən
bir sıra imkanları mövcuddur:
quyu gövdəsinin vəziyyətinin geoloji fəzada dəyişdirilməsi nəticəsində drenaj
zonalarının əsaslı surətdə artırılması;
layda mayenin (neftin) axım istiqamətinin dəyişilməsi;
məhsuldar layın həcmində neftliliyin (sululuğun) paylanmasından asılı
olaraq onun tavanının (dabanının) iki və ya bir neçə dəfə kəsilməsi;
ekran tipli qırılmalar ilə məhdudlaşan yatağın qonşu bloklarının eyni vaxtda
işlənilməyə cəlb edilməsi;
zəif sementləşmiş kollektorlarda işlənilmə prosesində baş verən qum tıxacı
əmələ gəlməsinin intensivliyinin xeyli azalması.
Yataqların horizontal (üfüqi) quyularla işlənilməsində alınan yüksək hasilat
onların qazılmasına sərf olunan xərcləri tamamilə ödədiyindən iqtisadi
cəhətdən əlverişli istismar üsulu hesab edilir.

6.

Beləliklə, yuxarıda sadalanan meyarlara istinad
etməklə hər hansı bir regionda işlənilən yataqlar
sırasından horizontal (üfüqi) quyuların qazılaraq
istismarı üçün obyektlər seçmək olar. İlkin
tədqiqatlar göstərir ki, Azərbaycanın quru
sahəsində və dəniz akvatoriyasında işlənilən
yataqlar horizontal (üfüqi) quyuların qazılması
üçün müvafiq geoloji-mədən şəraiti mövcuddur
və bu üsulun tətbiqi yüksək səmərə verə bilər.
Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq
müəssisəmiz tərəfindən horizontal istismar
quyusu (350) DDSÖ 13-dən qazılmışdır.
Quyu‘’Günəşli’’ yatağının dayaz sulu hissəsində
‘’Fasilə’’ Lay Dəstəsinə (FLD) maksimum 84
dərəcə bucaq altında qazılmışdır. ’İlk dəfə olaraq
açıq sonluqlu mənimsəmə quyusu istismara
verilmişdir.
Quyu‘’Günəşli’’ yatağının dayaz sulu
hissəsində ‘’Fasilə’’ Lay Dəstəsinə (FLD)
maksimum 84 dərəcə bucaq altında
qazılmışdır

7.

“Qərbi Abşeron” yatağındakı 20 saylı
stasionar dəniz özülündən 20 nömrəli
horizontal quyu qazmadan sonra
istismara verilmişdir.
“Azneft” İstehsalat Birliyinin
“Abşeronneft” Neft və Qazçıxarma
İdarəsinin sifarişi ilə SOCAR-AQŞ
tərəfindən Qirməki Lay Dəstəsinə
qazılmış quyu dalma nasosu üsulu ilə
məhsul verib, 771-688 metr intervaldan
sutkalıq 10 ton neft
hasilatı ilə istismar fonduna qəbul
edilib.
Qeyd edək ki, horizontal qazma üsulu
müasir texnika və texnologiyalardan
istifadə edilməklə, həmçinin
süzgəclərin buraxılması hesabına
məhsuldarlığı artırır və hasilatın sabit
saxlanılmasına zəmin yaradır
Qərbi Abşeron yatağındakı 20 nömrəli stasionar
dəniz özülü

8.

DDSÖ-13
Dayazsulu Günəşli yatağında ilk
dəfə olaraq müasir vipstok
texnologiyası istifadə edilərək 13
saylı DDSÖ-də qəzanı aradan
qaldırmaq məqsədilə rotor üsulu
ilə mövcud qazma lüləsindən yan
lülə qazılmışdır. Əməliyyat birinci
cəhddən uğurla yerinə
yetirilmişdir.
Günəşli yatağı

9.

“Azneft” İstehsalat Birliyinin “Abşeronneft” neft və
qazçıxarma idarəsinin (NQÇİ) sifarişi ilə SOCARAQŞ tərəfindən qirməki lay dəstəsinə qazılmış quyu
dalma nasosu üsulu ilə məhsul verib, 717-632 metr
intervaldan sutkalıq 13 ton neft hasilatı ilə istismar
fonduna qəbul edilib.
Horizontal qazma üsulu müasir texnika və
texnologiyalardan istifadə edilməklə, həmçinin
süzgəclərin buraxılması hesabına məhsuldarlığı
artırır və hasilatın sabit saxlanılmasına zəmin
yaradır.
“Azneft” İstehsalat Birliyinin “Abşeronneft” neft və
qazçıxarma idarəsinin (NQÇİ) sifarişi ilə SOCARAQŞ tərəfindən qirməki lay dəstəsinə qazılmış quyu
dalma nasosu üsulu ilə məhsul verib, 717-632 metr
intervaldan sutkalıq 13 ton neft hasilatı ilə istismar
fonduna qəbul edilib.
Horizontal qazma üsulu müasir texnika və
texnologiyalardan istifadə edilməklə, həmçinin
süzgəclərin buraxılması hesabına məhsuldarlığı
artırır və hasilatın sabit saxlanılmasına zəmin
yaradır.
Qazma isleri yekunlaşdıqca quyuların istismara
verilməsi

10.

“Aparılan qazma işlərinin nəticələrinin təhlili göstərir ki, yeni quyuların qazılıb
istismara verilməsi yataqlar üzrə hasilatın sabitləşməsi və qismən artırılması
istiqamətində həyata keçirilən əsas tədbirlərdən biridir. İstismar qazması hesabına
işlənmədə olan obyektlərdə quyu şəbəkəsi qismən bərpa edilir, texniki səbəbdən
sıradan çıxmış köhnə quyular yeniləri ilə əvəz olunur və yatağın lazımi texnoloji
rejimdə istismarı üçün şərait yaranır”.
“Azneft” İstehsalat Birliyi ölkəmizdə neft-qaz hasilatının artırılması istiqamətində
ən son texnika və texnologiyaların istifadəsini uğurla tətbiq edir..
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” neft və
qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.

11.

Hazirladı:Quliyev Rauf
Ədəbiyyat: dosent Əliyeva S.Ə.
English     Русский Rules