Mündəricat
Giriş
Xarici iqtisadi siyasətin predmeti
Xarici iqtisadi siyasətin növləri
Xarici iqtisadi siyasətin məqsədləri
Xarici iqtisadi siyasətin vasitələri
Xarici ticarət siyasətinin predmeti
Xarici ticarət siyasətinin məqsədləri
Xarici ticarət siyasətinin vasitələri
Tariflər
Ad Valorem gömrük vergiləri
Spesifik gömrük vergiləri
Gömrük vergisinin iqtisadi təsirləri
Gömrük vergisinin iqtisadi təsirləri
Gömrük vergilərinin renta effekti
Gömrük vergilərinin makro iqtisadi təsirləri (Ümumi Tarazlıq Yanaşması)
Gömrük vergilərinin əks olunması problemi
Qeyri-tarif tədbirləri
Qeyri-tarif tədbirləri
Qeyri-tarif tədbirləri
Qeyri-tarif tədbirləri
Qeyri-tarif tədbirləri
Qeyri-tarif tədbirləri
Qeyri-tarif tədbirləri
İdxalat kvotalarının iqtisadi təsirləri
Gömrük tariflərinin idxalat kvotaları ilə müqayisəsi
Xüsusi gömrük rejimləri
Xüsusi gömrük rejimləri
Xüsusi gömrük rejimləri
Xüsusi gömrük rejimləri
Xarici ticarət siyasətinin növləri
Proteksionizmin iqtisadi və siyasi arqumentləri
Proteksionizmin müəyyən şərtlərdə qüvvədə olma səbəbləri
Proteksionizmlə bağlı şəxsi mənafelərə əsaslanan fikirlər
Aktiv proteksionizm
Mənbələr
464.50K
Category: economicseconomics

VIII bölmə mühazi̇rə qeydləri̇: xari̇ci̇ ti̇carət si̇yasəti̇

1.

VIII BÖLMƏ MÜHAZİRƏ QEYDLƏRİ:
XARİCİ TİCARƏT SİYASƏTİ
Fənn: Beynəlxalq
İqtisadi
Münasibətlər
Təqdimatlarda Paul R.
Krugman ve Maurice
Obstfeld tərəfındən
yazılmış “International
Economics: Theory and
Policy” və Halil
Seyidoğlu tərəfindən
yazılmış “Uluslararası
İktisat: Teori, Politika
ve Uygulama” adlı
dərsliklər əsas
götürülmüşdür.
Müəl. Elşen BAĞIRZADE
Azərbaycan Dövlət İqtisad Universiteti
Beynəlxalq İqtisadi Münasibətlər Kafedrası
Bakı - 2011

2. Mündəricat

Giriş ........................................................................................................................................................................................... 3
Xarici iqtisadi siyasətin predmeti .............................................................................................................................................. 4
Xarici iqtisadi siyasətin növləri ................................................................................................................................................. 5
Xarici iqtisadi siyasətin məqsədləri ........................................................................................................................................... 6
Xarici iqtisadi siyasətin vasitələri .............................................................................................................................................. 7
Xarici ticarət siyasəinin predmeti .............................................................................................................................................. 8
Xarici ticarət siyasətinin məqsədləri .......................................................................................................................................... 9
Xarici ticarət siyasətinin vasitələri ........................................................................................................................................... 10
Tariflər ..................................................................................................................................................................................... 11
Ad Valorem gömrük vergiləri ................................................................................................................................................. 12
Spesfik gömrük vergiləri ......................................................................................................................................................... 13
Gömrük vergisinin iqtisadi təsirləri ......................................................................................................................................... 14
Gömrük vergilərinin renta təsiri .............................................................................................................................................. 16
Gömrük vergilərinin makro iqtisadi təsirləri (Ümumi Tarazlıq Yanaşması) .......................................................................... 17
Gömrük vergilərinin əksi olunması problemi .......................................................................................................................... 18
Qeyr-tarif tədbirləri ................................................................................................................................................................. 19
İdxalat kvotalarının iqtisadi təsirləri ........................................................................................................................................ 26
Gömrük tariflərinin idxalat kvotaları ilə müqayisəsi ............................................................................................................... 27
Xüsusi gömrük rejimləri .......................................................................................................................................................... 28
Xarici ticarət siyasətinin növləri .............................................................................................................................................. 33
Proteksionizmin iqtisadi və siyasi arqumentləri ...................................................................................................................... 34
Proteksionizmin müəyyən şərtlərdə qüvvədə olma səbəbləri .................................................................................................. 35
Proteksionizmlə bağlı şəxsi mənafelərə əsaslanan fikirlər ...................................................................................................... 36
Aktiv proteksionizm ................................................................................................................................................................ 37
Mənbələr ................................................................................................................................................................................. 38
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-2

3. Giriş

Bu bölmədən etibarən beynəlxalq iqtisadiyyatın ticarət
nəzəriyyəsi və monetar nəzəriyyəsindən sonra gələn ən
mühüm bölməsini – xarici ticarət siyasətini araşdırmağa
başlayırıq.
Bu zaman əvvəlcə xarici ticarət siyasətinə nəzər
salınacaq, sonra bu çərçivədə xarici ticarət siyasəti
araşdırılacaqdır.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-3

4. Xarici iqtisadi siyasətin predmeti

İstər Azərbaycanca, istərsə İngiliscə ədəbiyyatda xarici iqtisadi
siyasət (foreign economic policy) ilə beynəlxalq iqtisadi siyasət
(international economic policy) terminləri əsasən bir-birinin
əvəzinə və sinonim kimi istifadə olunur.
Xarici iqtisadi siyasət ümumi iqtisadi siyasətin bir istiqamətidir.
Geniş mənada xarici iqtisadi siyasət və ya beynəlxalq iqtisadi
siyasət, hökumətlərin ticarət və istehsal faktorları axınlarının
istiqamətinə, struktur və həcminə müdaxilə etmək məqsədilə
həyata keçirdiyi bütün fəaliyyətlərin məcmusudur.
Dar mənada xarici iqtisadi siyasət hökumətlərin xarici ticarəti,
daxili və xarici investisiyaları məhdudlaşdırması, tənzimləməsi,
təşviq etməsi və ya bunlara yol göstərməsi kimi qəbul edilir.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-4

5. Xarici iqtisadi siyasətin növləri

Xarici ticarət siyasəti
Tədiyyə balansı siyasəti(balance of payments policy) –
hökümətlərin tədiyyə balansını tarazlıqda saxlamaq və ya tarazlığı
pozulduğu halda tarazlığa gətirmək üçün həyata keçirdiyi bütün
fəaliyyətləri əhatə edən bir siyasətdir.
Xarici investisiya siyasəti(foreign investment policy) –
beynəlxalq uzun müddətli kapital investisiyaları ilə bağlı qərarları
əhatə edir.
Xarici yardım siyasəti(foreign aid policy) – hökumətdən
hökumətə olan və yardım alan ölkədə infrastrukturun qurulması,
iqtisadi inkişafın təmin edilməsi və ya müdafiə qüdrətinin
yüksəldilməsini nəzərdə tutan borc və əvəzsiz yardımları əhatə
edir.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-5

6. Xarici iqtisadi siyasətin məqsədləri

Özünü təminat
İqtisadi rifah
İqtisadi proteksionizm
Tam məşğulluğu təmin etmə
Tədiyyə balansında tarazlıq
İqtisadi inkişaf
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-6

7. Xarici iqtisadi siyasətin vasitələri

Tariflər
Qeyri-Tarif məhdudiyyətləri
İxracatı təşviq yardımları
Valyuta nəzarəti
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-7

8. Xarici ticarət siyasətinin predmeti

Azərbaycan dilinə “ticarət siyasəti” kimi tərcümə
edə biləcəyimiz İngiliscə “commercial policy” ilə
“trade policy” veya “international trade policy”
teriminləri eyni mənalı istifadə olunur.
Xarici ticarət siyasəti tədiyyə balansının cari
əməliyyatlar hesabında ixracat və idxalat qələmləri
üzərindəki bütün hökumət fəaliyyətlərini əhatə
edən bir növ xarici iqtisadi siyasətdir.

9. Xarici ticarət siyasətinin məqsədləri

Tədiyyə balansındakı qeyri-tarazlıqların aradan qaldırılması
Xarici rəqabətdən qorunma
İqtisadi inkişaf
Bazar çatışmazlıqlarının aradan qaldırılması
İqtisadiyyatın liberallaşdırılması
Daxili iqtisadi sabitliyin təmin edilməsi
Xəzinəyə gəlir təmin etmək
Xarici bazarlarda monopol gücündən faydalanma
Avtarkiya
Sosial və siyasi səbəblər
Xarici siyasi məqsədlər
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-9

10. Xarici ticarət siyasətinin vasitələri

Dövlətin xarici ticarətə müdaxilə etmək məqsədilə istifadə etdiyi
ənənəvi vasitələri üç yerə ayrılır:
• I. Tariflər (Tariffs):
- Malların ölkə sərhəddindən keçidi zamanı alınan
vergilərdir.
• II. Qeyri-tarif tədbirləri (Non-Tariff Barriers):
- Tariflərin xaricində qalan və ölkədən valyuta çıxışına
səbəb olan əməliyyatları məhdudlaşdırmaq məqsədilə
həyata keçirilən tədbirlərdir.
• III. Xüsusi gömrük rejimləri:
- Daşıdıqları xüsusiyyətlərdən irəli gələrək, ölkənin normal
gömrük rejiminə aid olmayan mallar, xüsusi gömrük
rejimlərinə aid olurlar.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-10

11. Tariflər

"Tarif", bir ölkəyə idxal edilən mallara tətbiq edilən gömrük
vergisidir (çox nadir hallarda ixrac mallarına da tətbiq edilir)
Tariflər
• Daxili bazarda istehsal olunan məhsullara, idxal ekvivalentləri
qarşısında qiymət üstünlüyü təmin etmək;
• Dövlət büdcəsinə gəlir təmin etmək üçün tətbiq edilir.
Tariflərin tətbiqi yerli istehsalçının xeyrinə, ancaq istehlakçının
əleyhinə nəticələr verir.
Tariflərin tətbiqi resursların səmərəsiz istifadəsinə yol açır.
Gömrük tarifləri ‘ad valorem’, ‘spesfik’ və ‘qarışıq’ tariflər olmaqla
üç növdür.
“Ad valorem” malın dəyərindən (faiz əsasına görə),
“Spesfik” isə malın fiziki vahidindən alınır.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-11

12. Ad Valorem gömrük vergiləri

Ad Valorem Vergilər: Malın dəyərinin müəyyən bir faizi
formasında alınır.
Ad valorem vergilər tətbiq olunduğu zaman bir malın
dəyərinin müəyyənləşdirilməsi üçün iki metoddan istifadə
edilir.
• F.O.B. (Free On Board – Güvertede Teslim): Malın ixracatçının
limanında gəmiyə yükləndiyi andakı qiymətdir.
• C.I.F. (Cost, Insaurance and Freight – Maliyet, Sigorta ve
Yükləmə-boşaltma) : Qiymət, malın idxalatçı ölkənin limanına
vardığı andakı qiyməti olmaqla, xərclə birlikdə daşınma və
sığorta xərclərinin məcmusundan ibarətdir.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-12

13. Spesifik gömrük vergiləri

Spesifik Vergilər: Vahid və çəki kimi malların fiziki
göstəriciləri üzərindən alınan vergilərdir.
Spesifik vergilər,
• Vergidə ədalətlilik prinsipilə uzlaşmır
• İnflyasiyaya qarşı mübarizəni ad valorem vergilər
qədər təmin edə bilmirlər.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-13

14. Gömrük vergisinin iqtisadi təsirləri

İstehsal effekti
• Gömrük vergisi idxal malının daxili
qiymətinin yüksəlməsinə səbəb olur. Xarici
bazar rəqabətindən qorunan ölkədaxili istehsal
artır.
• Bu hal resursların israf edilməsinə səbəb olur.
Tam məşğulluq şəraitində idxalata rəqib
malları istehsal etmək üçün zəruri resurslar
ixracat sektorundan çəkilir.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-14

15. Gömrük vergisinin iqtisadi təsirləri

İstehlak effekti
Xarici ticarət effekti
İstehsaldakı artım və istehlakdakı azalma səbəbilə idxalatta daralma
yaradır.
Gəlir effekti
Gömrük tarifləri daxili qiymətləri yüksəldərək bir tərəfdən yerli
istehsalı təşviq etdiyi halda, digər tərəfdən istehlakın
məhdudlaşmasına yol açdığından istehlak itkisi yaradır.
Gömrük tarifləri idxalat həcmini sıfıra endirəcək qədər yüksək
olmadığı müddətdə xəzinəyə gəlir təmin edir.
Bölgü effekti
Gömrük tarifləri, milli gəlirin istehlakçılardan istehsalçılara yenidən
bölgüsünə səbəb olur.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-15

16. Gömrük vergilərinin renta effekti

İstehlakçı rentası
• İstehlakçıların bir malın bir vahidi üçün verməyə razı
olacaqları ən yüksək qiymətlərlə faktiki ödədikləri qiymət
arasındakı fərqdir.
İstehsalçı rentası
• İstehsalçıların müəyyən bir istehsalı təşkil etmək üçün
uzun müddətdə onlara edilməsi zəruri olan ödəmədən artıq
miqdarı göstərir.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-16

17. Gömrük vergilərinin makro iqtisadi təsirləri (Ümumi Tarazlıq Yanaşması)

Tədiyyə balansı kəsiri, gömrük tariflərinin idxalatı
məhdudlaşdırdığı həcmdə (ölkənin valyuta rezervlərindən qənaət
etmək) örtülür.
Tariflər məcmu tələbi xarici mallardan yerli mallara yönəldərək,
himayə olunan sektorda hasilatı və dolayı olaraq, milli gəliri artırır.
Gömrük tarifləri ticarət hədlərini, onu tətbiq edən böyük ölkə
lehinə dəyişdirməkdədir.
Xarici ticarət siyasətilə hədəflənən digər bir məqsəd isə yoxsul
təbəqələrə əlavə gəlir qazandırmaq üçün zəngin təbəqənin istehlak
ettiyi lüks mallara tariflər qoyulmasıdır.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-17

18. Gömrük vergilərinin əks olunması problemi

İdxalatçı gömrük vergisini ödədikdən sonra, onu
qismən və ya tamamilə malın qiymətinə əlavə edərək
son istehlakçılara ödəddirir.
Bəzi hallarda isə idxalatçı ölkənin gömrük vergisi
tətbiq etməsi, ixracatçını qiymət sındırmağa zorlaya
bilər və nəticədə vergi xaricilər tərəfindən ödənmiş
olar.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-18

19. Qeyri-tarif tədbirləri

Miqdar məhdudiyyətlərilə bağlı vasitələr:
• İdxal kvotaları (Import Quotas)
- Kvota, hökumətlərin idxal ediləcək mal həcminə
qoyduğu fiziki miqdar və ya dəyər miqdarı
məhdudiyyətlərinə deyilir. Kvotalar, müəyyən
müddətlərə görə tənzimlənir (bir il ərzində idxal
ediləcək xarici avtomobillərin sayını min ədəd və ya
dəyərini bir milyon dollar formasında
müəyyənləşdirmək kimi). Praktikada kvotalar
müəyyənləşdirilmiş xarici ticarət şirkətlərinə
bölüşdürülərək nəzarət edilir.
• Tarif kvotaları (Tariff rate Quota)
- Tarif və kvotanın birlikdə tətbiq edildiyi vasitədir. Kvota
daxilində həyata keçirilən idxalata aşağı, kvotanı keçən
idxalata isə yüksək tarif tətbiq edilir.Bu vasitə daha çox
kənd təsərrüfatı sektorunda həyata keçirilir.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-19

20. Qeyri-tarif tədbirləri

• Könüllü ixracat məhdudiyyətləri (Voluntary Export Restraints-VER)
- Kvotaya bənzər bir vasitədir. Əsasən idxalatçı sənayeləşmiş ölkə ilə,
ixracatçı inkişaf etməkdə olan ölkələr arasında tətbiq edilən iki və ya çox
tərəfli anlaşmalara əsaslanır. Zəif inkişaf etmiş və ya inkişaf etməkdə olan
ölkə ixracatına kvota tətbiq edir, beləliklə inkişaf etmiş ölkə kvota tətbiq
etməmiş kimi görünür. Ən çox bilinən nümunə 1981-ci ildə Yapon
hökumətinin ABŞ-a ixrac edəcəyi avtomobillərinin sayını ildə 1,68 milyon
ədəd ilə məhdudlaşdırmasıdır.
- Kvota və ya VER kimi miqdar məhdudiyyətlərilə bağlı vasitələrin təsiri
idxal malın, idxalatçı bazarda qiymətinin artması formasında ortaya çıxır.
1981-85-ci illər arasında tətbiq edilən VER-in ABŞ istehlakçılarına ildə 1
milyard dollar zərər verdiyi hesablanmışdır. Bu zərər ekvivalent əlavə
mənfəəti Yapon avtomobil istehsalçılarına ötürülmüşdür.
- İstehsalçıların kvotalarla təklifin məhdudlaşdırıldığı nəticəsində əldə
etdikləri əlavə mənfəətə kvota rentası (quota rent) adı verilir.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-20

21. Qeyri-tarif tədbirləri

Maliyyə vasitələri yolu ilə məhdudiyyətlər:
• İstehsal subvensiyaları (Production Subsidies)
- Hökumət tərəfindən yerli istehsalçıya ödəmələrdir. Nağd əvəzsiz
ödəmələr, aşağı faizli kreditlər, vergi güzəştləri və.s formada tətbiq edilir.
İxrac məhsullarına qarşı yerli istehsalçını qorumaq üçün tətbiq edilir.
• İxracat subvensiyaları (Export Subsidies):
- Yeni ixracat bazarları təmin etmək və mövcud ixrac bazarlarında bazar
payını artırmaq məqsədilə, ixracatçıya vergi qaytarılması, birbaşa ödəmə,
aşağı faizli kredit, ucuz istehsal resursu təmin edilməsi, gəlir və mənfəət
vergisi güzəşti v.s formasında tətbiq edilir. Beləliklə, ixrac malının
istehsal xərcinin aşağı salınması təmin edilir.
- DTT məlumatlarına görə dövlətlər 2005-ci ildə subvensiyalara 300
milyard dollar xərcləmişlər; ancaq bu xərclərin 250 milyard dolları, 21
sənayeləşmiş ölkə tərəfındən çəkilmişdir.
- Subvensiyaların çoxu kənd təsərrüfatı sektorunda həyata keçirilir. AB bu
sektora ildə orta hesabla 50, ABŞ isə 20 milyard dollar subvensiya verir.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-21

22. Qeyri-tarif tədbirləri

• Kompensasiya edici vergiler (Counterveiling Duties)
- İstehsalçı firmalara tətbiq edilən istehsal və ya ixrac subvensiyalarının
üstünlüklərini ortadan qaldırmaq üçün subvensiyalı idxalata tətbiq
edilən vergilərdir.
• Anti-dempinq vergiləri (Anti-Dumping Duties):
- İstehsalçı firmanın, malını xarici bazarda, daxili bazardan və ya maya
dəyərindən daha aşağı bir qiymətdən satmasına dempinq deyilir.
Hökümətlər dempinq tədbirlərinə qarşı, anti-dempinq vergiləri qoyaraq
daxili bazarda istehsal olunan malla idxal edilən malın qiymətini
bərabərləşdirirlər.
- Kompensasiya edici və Anti-dempinq vergiləri əsasən təsbit olunan bir
mala müəyyən bir müddət ərzində qoyulan xüsusi əlavə tarif
formasında həyata keçirilir.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-22

23. Qeyri-tarif tədbirləri

• Xarici valyutalı əməliyyatların məhdudlaşdırılması
- İdxalatı məhdudlaşdırmanın digər bir yolu da, valyuta nəzarəti və ya
məzənnə siyasətidir. Valyuta nəzarəti, valyuta ilə bağlı əməliyyatlar
üzərinə hökumətin qoyduğu məhdudiyyətlərə deyilir. Bu sistem
əsasən idxalat kvotaları ilə birgə tətbiq edilir. Kvotalar mal axınlarını,
valyuta nəzarəti isə valyuta əməliyyatlarını məhdudlaşdırır.
- Sərt şəkildə tətbiq edilən valyuta nəzarətində, hər cür valyuta
əməliyyatı hökumətin inhisarında olur. Valyuta alqı-satqı
əməliyatlarını Mərkəzi Bank həyata keçirir. Valyuta gəliri əldə edənlər
bu gəlirlərini müəyyən müddət ərzində, Mərkəzi Banka satmağa
məcburdurlar.
• Çoxlu məzənnə sistemi
- Müxtəlif mal və xidmətlərin ticarətinə, müxtəlif valyuta kurslarının
tətbiqinə əsaslanan bir sistemdir. Bu sistemdə, bəzi mallara yüksək
kurs tətbiq edilərək, onların idxalatına mane olunur.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-23

24. Qeyri-tarif tədbirləri

İnzibati və texniki maneələr yolu ilə məhdudiyyətlər:
- Bütün ölkələrdə, vətəndaşların sağlamlıq və təhlükəsizliyini ya da ekologiyanı
qorumaq kimi məqsədlərlə, hökumətlərin çıxardıqları çoxlu sayda inzibati
aktlar vardır. Bu normalar aid olduqları məhsulların xarici ticarətinə maneə ola
bilər.
• Sağlamlıq, təhlükəsizlik və ekoloji standartlar (görünməz əngəllər):
- Əsasən məhsullarla bağlı milli standartlar inkişaf etdirilərək idxal ediləcək
malların bu standartları daşıması şərti tələb olunur.Standartlara cavab verməyən
malların ölkəyə daxil olmasına icazə verilmir.
• Dövlət qurumlarının satınalma siyasətləri: ölkə daxili pay məcburiyyəti
(Local Content Requirements)
- Qəbul edilən qanunlarla, dövlət qurumları və yerli hakimiyyət orqanlarının
satın alacaqları mallarda müəyyən miqdar və ya dəyərdə yerli payın olması
məcburiyyəti qoyulur.(Məsələn, bir avtobusun 75%-nin yerli hissələrdən emal
edilmiş olması və ya dəyərinin 75%-nin yerli istehsal olması).
- Beləliklə qanun çərçivəsindəki qurumların idxal mal istifadə etməsi əngəllənir.
- Məsələn, ABŞ-da “Buy America Act” dövlət qurumlarını Amerikan malı satın
almağa məcbur edir. Bu qanunun tərifinə görə bir malın Amerikan malı sayıla
bilməsi üçün ən azı 51% yerli payı olması zəruridir.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-24

25. Qeyri-tarif tədbirləri

• Sənaye, ticarət və intellektual mülkiyyət hüquqlarının qorunması:
- Yaradıcı xüsusiyyətə malik insanların, sənətkar və ya yazarların oraya
qoyduqları bir yenilik, ixtira və ya oxşar əsərlər intellekt məhsulu və
ya intellektual mülkiyyət kimi qəbul edilir. Bu əsərlərin sahiblərinə
bunlar üzərində müstəsna istifadə hüququ verilir (müəllif hüququ,
patent, ticarət ünvanı). İdxal mallar üzərində bu cür hüquqlar olduğu
arqumenti ilə ticarət əngəllənə bilər.
• İdxal qadağaları:
- İqtisadiyyat üçün önəmsiz və ya lüks sayılan malların idxalına icazə
verilməyərək, qıt valyuta resurslarına qənaət etmək, yerli istehsalçını
xarici rəqabətdən tam şəkildə qoruya bilmək üçün və cari kəsrlərin
örütlə bilməsi kimi iqtisadi səbəblərlə, idxalata qadağa qoyulur.
- Əhali sağlamlığına, sosial əxlaqa və ictimai nizama zərərli
maddələrin ölkəyə girişinin qarşısını almaq məqsədilə də qadağalar
qoyula bilər.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-25

26. İdxalat kvotalarının iqtisadi təsirləri

Kvotalarla gömrük vergilərinin təsirləri arasında
mühüm bir fərq mövcuddur.
Kvotalar, xarici malın təklifi mədudlaşdırıldığından
idxalatçı ölkədəki qiymətini və ya qıtlıq rentasını
hədsiz formada yüksəldir.
Qıtlıq rentası kimlər tərəfindən bölüşdürülür?
• İdxalatçılar (əsasən)
• İxracatçılar (qarşı ölkədəki ixracatçılar malın xarici
bazarında tam nəzarətə sahibdirsə)
• Xəzinə (Hökümətin hərracla ilə satması halında)
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-26

27. Gömrük tariflərinin idxalat kvotaları ilə müqayisəsi

Kvota tətbiq edilən bir malın idxalatını icazə
veriləndən çox artırmaq imkanı yoxdur.
Gömrük tariflərində isə yüksək qiymətdən də
olsa tələb artırıla bilər.
Kvotalar və çox yüksək gömrük tarifləri mal
qaçaqçılığını və qara bazarı təşviq edə bilər.
Kvotalarda şəffalıq yoxdur. Tətbiqi və nəzarəti
hədsiz bürokratik fəaliyyət tələb edir.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-27

28. Xüsusi gömrük rejimləri

Daşıdıqları xüsusiyyətlərdən irəli gələrək, ölkənin normal gömrük rejiminə aid
olmayan mallar, xüsusi gömrük rejimlərinə aid edilirlər.
• Müvəqqəti idxalat və ixracat
- Daha sonra təkrar ölkə xaricinə çıxarılmaq şərtilə, ölkəyə daxil
olmasına icazə verilən mallar müvəqqəti idxalat çərçivəsində qəbul
edilir. Bu çərçivədə yer alan mallardan gömrük vergisi alınmır.
- Əksinə, daha sonra təkrar ölkəyə geri gətitilməsi şərtilə, ölkədən ixrac
edilən mallar isə müvəqqəti ixracat rejimi çərçivəsində
qiymətləndirilir. Bu cür mallara vergi qaytarma ödəmələri həyata
keçirilmir.
- Bu cür mallar, təmir olunacaq malları, inşaatlarda istifadə edilmək
məqsədilə kirayə götürülən maşın, sərgi və yarmarkalarda göstəriləcək
əşyalar, sirk və teatr kollektivlərinin özlərilə gətirdikləri vasitələr,
ticarət nümunələri və.s ola bilər.
- Geri ödəmə sistemində təkrar ölkə xaricinə çıxardılmaq şərtilə idxal
olunan mallara, ölkəyə girişləri anında normal gömrük tarifləri tətbiq
edilir. Daha sonra alınan bu vergi və rüsumlar həmin malların ölkədən
çıxışı zamanı geri ödənir.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-28

29. Xüsusi gömrük rejimləri

• Sərbəst Bölgələr (Free zones)
- Sərbəst Bölgələr, bir ölkənin siyasi sərhəddləri daxilində olmaqla birlikdə,
gömrük sahəsi xaricində sayılır, vergi, məzənnə və standartlarla bağlı müddəalar
tətbiq olunmur və ya qismən tətbiq edilir. Qanunla müəyyən edilmiş sahələrdir.
- Sərbəst bölgədəki fəaliyətlərlə bağlı hər cür ödəmələr xarici valyuta ilə aparılır.
- Sərbəst bölgə fəaliyyətlərindən əldə edilən qazanc və gəlirlər məzənnə rejiminə və
hər hansı bir icazəyə tabe olmadan, ölkə xaricinə və ya ölkəyə transfert edilə bilir.
- Qiymət, keyfiyyət və standartlarla bağlı olaraq, dövlət qurumlarına verilən
səlahiyyətlər sərbəst bölgələrdə tətbiq edilmir.
- Sərbəst bölgələr gömrük bölgəsi xaricində sayıldığından, sərbəst bölgələr ilə ölkə
arasında həyata keçirilən ticarətdə xarici ticarət rejimi hökmləri tətbiq
edilmir.Başqa sözlə, ölkədən sərbəst bölgəyə satılan mallar ixracat rejiminə,
sərbəst bölgədən alınan mallar isə idhalat rejiminə tabedir.
- Sərbəst bölgə istifadəçiləri ölkədən ƏDV-siz mal və xidmət satın ala bilirlər.
- Mallar sərbəst bölgədə vaxt məhdudiyyəti olmadan saxlanıla bilər.
- Sərbəst bölgələrin başlıca məqsədi, ölkələrdə ixracata istiqamətlənmiş investisiya
və istehsalı artırmaq, xarici sərmayə və texnologiya daxilolmalarını təşviq
etməkdir.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-29

30.

Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-30

31. Xüsusi gömrük rejimləri

• Antrepolar:
- Xarici malların vergi ödəmədən, gömrük idarələrinin nəzarəti altında uzun
müddət mühafizə edilməsinə yarayan qapalı sahələrdir.Bu depolar gömrük
idarələri tərəfındən işlədilənlər (həqiqi antrepo) və xüsusi şəxslər tərəfindən
işlədilənlər (fiktiv antrepo) olmaqla 2 yerə ayrılırlar.
- Antrepoda saxlanmaq məqsədilə ölkəyə daxil olan mallardan gömrük vergisi
alınmır. Ancaq, bu malların daha sonra evsahibi ölkə tərəfındən idxal edilməsilə,
gömrük rejimi tətbiq olunacaqdır (məsələn, idxalatçı malı yerində görmək
istədiyi zaman və ya kiçik partiyalar halında idxal etmək və ya bazara çıxarmaq
istədiyi zaman bu imkanı əldə edirlər. Digər tərəfdən ixracatçı malı bazara
çıxarmaq üçün uyğun zamanı gözləyə bilər)
• Tranzit nəqliyyat
- Bir ölkədən, bir digərinə göndərilən malların yol üzərində üçüncü ölkə
sərhəddləri arasından keçməsidir. Əvvəllər tranzit nəqliyyat üzərindən də vergi
alındığı halda, 1959 –cu il Cenevrə TIR sazişi tələblərinə əsasən alınan bütün
vergi, rüsum və.s ortadan qaldırılmışdır.
• Tranzit ticarət:
- Bir firmanın öz ölkəsinin valyuta ehtiyatlarından istifadə edərək, başqa bir
ölkədən satın aldığı malları, üçüncü bir ölkəyə satmasına tranzit ticarət deyilir.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-31

32. Xüsusi gömrük rejimləri

• Sərhədd və Sahil ticarəti:
- Ölkənin ortaq quru və dəniz sərhəddi olan dövlətlərlə həyata keçirdiyi, əsasən
xüsusi rejimə tabe olan bir ticarət formasıdır. Şərtləri, qonşu ölkələr arasında
həyata keçirilən qarşılıqlı anlaşmalarla tənzimlənir. Əsas məqsədi bu bölgələrdə
yaşayanların ehtiyaclarını qarşılamaqdır.
- Sərhədd ticarəti, o bölgələrdə olan fiziki və hüquqi şəxslər tərəfindən həyata
keçirilir. Bu ticarət üçün ixracat və ya idxalat sənədi tələb edilmir, gömrük
bəyannamələri tərtib edilmir. Müvafiq bölglərin yerli idarəetmə orqanlarının
nəzarətində həyata keçirilir.
• Əvəzsiz idxalat:
- Kommersiya xarakteri daşımayan, ölkə xaricində çalışan vətəndaşların və ya
dövlət qulluqçularının xarici ölkələrdə əldə etdikləri qazanclarla satın aldıqları
peşə vasitələri və ya fərdi malların gömrüksüz və ya gömrüklü formada ölkəyə
idxalına imkan verən ticarət növüdür.
- Burad “əvəzsiz” anlayışından başa düşülən həmin malların idxalı üçün idxal
edilən ölkədən xaricə hər hansı bir xarici valyutanın transfertinin olmamasıdır.
- Valyuta rezervindən istifadə etmədən, ölkədəki mal təklifini artırdıqlarından,
anti-inflyasiya effektinə malikdir. Ancaq yerli istehsala da ziyan vere bilərlər.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-32

33. Xarici ticarət siyasətinin növləri

Proteksionist ticarət siyasəti Rəqabətə maneə
olur Resursların səmərəli bölgüsünə mane
olur Sahibkarları durğunluğa və təmbəlliyə
yönəldər Monopoliya yaradır Bürokratik
əməliyyatları artırır Rüşvətə və resurs israfına yol
açar.
Sərbəst ticarət siyasəti Beynəlxalq ixtisaslaşmanı
təşviq edir Sərbəst qiymət mexanizmini
gücləndirir Optimal resurs bölgüsünü təmin edir.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-33

34. Proteksionizmin iqtisadi və siyasi arqumentləri

Bir ölkədə proteksionist xarici ticarət siyasətləri həyata
keçirilməsində hökümətlərin istifadə etdiyi bağlıca
arqumentlər aşağıdakılardır:
Yerli sektorları və məşğulluğu qorumaq (gənc sektor tezisi),
Milli təhlükəsizliyi qorumaq(müdafiə istiqamətli sektorlarla
bağlıdır)
İstehlakçıları etibarlı olmayan mallardan qorumaq,
Proteksionist siyasət tətbiq edən ölkələrə cavab vermək,
Siyasi hədəflərə çatmaq üçün təsir göstərmək,
İnsan haqqlarını qorumaq.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-34

35. Proteksionizmin müəyyən şərtlərdə qüvvədə olma səbəbləri

Tədiyyə balansının yaxşılaşdırılması və işsizliyin
qarşısının alınması
Ticarət hədlərinin yaxşılaşdırılması
Milli sövdələşmə gücünü artırma
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-35

36. Proteksionizmlə bağlı şəxsi mənafelərə əsaslanan fikirlər

Xaricdəki aşağı əmək haqqı
İstehsal xərclərini bərabərləşdirmə (elmi tarif scientific tariff)
Milli bazar fikri
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-36

37. Aktiv proteksionizm

Hər hansı bir sektora tətbiq edilən həqiqi proteksionizmin
ölçüsü kimi yalnız son mallar üzərindəki tarif dərəcəsini
götürmək doğru deyildir. Bunun üçün həm son mal, həm də
onun istehsalında istifadə edilən resursların tarif dərəcələrini
nəzərə almaq zəruridir.
Bu iki növ tariflərə əsaslanaraq, hesablanan real proteksionizm
səviyyəsinə “aktiv proteksionizm” səviyyəsi deyilir.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-37

38. Mənbələr

P. Krugman and M. Obstfeld, International
Economics: Theory and Policy, Seventh Edition
Pearson – Addison Weasley.
H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika
ve Uygulama, XV. Baskı, İstanbul, 2009.
R. Karluk, Uluslararası Ekonomi: Teori ve
Politika, VI. Baskı, İstanbul, 2009.
Copyright © 2003 Pearson Education, Inc.
Slide 4-38
English     Русский Rules